Logo

BDU-nun buraxılış kurs tələbələri 100-dən çox qurumda tədris və istehsalat təcrübəsi keçiblər

13.06.2024 20:48 141 baxış
IMG

2023/2024-cü tədris ilinin yaz semestrində Bakı Dövlət Universitetinin (BDU) bütün fakültələrinin buraxılış kurs tələbələri tədris planına uyğun olaraq tədris, istehsalat və pedaqoji təcrübə keçiblər.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Ölkənin 100-dən çox aparıcı müəssisə və təşkilatında BDU-nun 2768 tələbəsi istehsalat, 2132 tələbəsi isə tədris təcrübəsində iştirak edib.

Müəllimlik ixtisası üzrə təhsil alan buraxılış kurs tələbələri isə iyulun 5-dək Bakı şəhərinin orta ümumtəhsil məktəbləri və liseylərdə pedaqoji təcrübə keçirlər. Pedaqoji təcrübə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, idarənin tabeliyində olan ümumtəhsil məktəbləri və BDU arasında bağlanılan üçtərəfli müqavilə əsasında tənzimlənir. Ümumilikdə 2023/2024-cü tədris ili üzrə pedaqoji təcrübədə BDU-nun 1225 tələbəsi iştirak edir.

Xəbər lenti