Logo

Bakıda 130 nəfər təhsil müəssisələrində müxtəlif vəzifələrə işə təyin edilib

13.06.2024 13:34 174 baxış
IMG

2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə işə qəbul üzrə imtahan və müsahibələrdə uğur qazanmış 130 nəfər təhsil müəssisələrində müxtəlif vəzifələrə işə təyin edilib.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, 42 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 14 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 34 nəfər laborant, 4 nəfər kitabxanaçı, 2 nəfər kitabxana müdiri, 6 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 20 nəfər çağırışaqədərki hazırlıq rəhbəri və 4 nəfər təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə təyin edilib.

Xəbər lenti