Logo

BDU-da “Kitabxanaşünaslığın fəlsəfi amilləri” mövzusunda elmi seminar

16.04.2021 14:51 527 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə  onlayn elmi seminar keçirilib. Elmi seminarda Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov “Kitabxanaşünaslığın fəlsəfi amilləri” mövzusunda məruzə ilə çıxış edib.


Məruzədə kitabxanaçılıq tədqiqatlarının səmərəlilik meyarına təsir edən fəlsəfi amillər təhlil edilib. Qeyd olunub ki, fəlsəfi amillərin kitabxanaşünaslıq tədqiqatlarında tətbiqi kitabxanaşünaslığın elmi-nəzəri metodologiyasını zənginləşdirir və eyni zamanda bu sahəyə öz töhfəsini verir. Elm fəlsəfəsinin, o cümlədən kitabxanaşünaslıq fəlsəfəsinin hələ çox əvvəllərdən tədqiq olunmasına, bu sahədə ciddi elmi əsərlər yazılmasına, kitabxana işi nəzəriyyəsinin və praktikasının müxtəlif sahələrində tətbiq edilməsinə baxmayaraq bu mühüm problemin Azərbaycan elmində yalnız müstəqillik illərində dərindən öyrənilməsinə başlanılmışdır. Elmin fəlsəfəsinin fəlsəfə ilə elm arasında zəruri əlaqə formalarından biri kimi onların qarşılıqlı inteqrasiyasına və zənginləşməsinə xidmət etdiyini vurgulayan tədqiqatçı kitabxanaşünaslıq sahəsində bu istiqamətdə ciddi araşdırmaların professor Abuzər Xələfov tərəfindən aparıldığını diqqətə çatdırıb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.

 

Dekan müavinləri Mehmanəli Məmmədov, Zahidə Rzayeva, kafedra müdirləri Nadir İsmayılov, Knyaz Aslan, dosentlər Nigar İsmayılova və Pərviz Kazımi məruzə ilə bağlı fikirlərini bildiriblər.

Xəbər lenti