Logo

Qlobal Davamlı İnkişaf Konqresində BDU-nun təcrübəsindən danışılıb - FOTO

13.06.2024 10:34 235 baxış
IMG

Tailandın paytaxtı Banqkok şəhərində nüfuzlu “Times Higher Education” (THE) agentliyinin təşkilatçılığı ilə keçirilən Qlobal Davamlı İnkişaf Konqresi davam edir.

Bakı Dövlət Universitetindən (BDU) "Tehsil.biz"ə bildirilib ki, konqresdə 3 mindən çox nümayəndə və 350-dən artıq məruzəçi iştirak edir.

BDU-nun rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov konqresdə məruzəçi kimi universitetdə Davamlı İnkişaf Məqsədləri ilə bağlı görülən işlərə, perspektiv hədəflərə dair təqdimatla çıxış edib.

Rektorun müşaviri çıxışında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülmüş işlər barədə məlumatı və BDU-nun “QS dayanıqlılıq reytinqi 2024” (QS Sustainability Ranking) və “THE Impact Ranking 2024” nəticələri üzrə uğurlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Xəbər lenti