Logo

Qarabağ universitetində son tamamlanma işləri gedir - VİDEO

13.06.2024 00:19 183 baxış
IMG

Xankəndidə yerləşən Qarabağ Universiteti tələbələrini qarşılamağa hazırlaşır.

Tehsil.biz Xezerxeber.az-a istinadən xəbər verir ki, artıq universitetin yataqxanasında son tamamlanma işləri aparılır.

Universitetin dekanı Elmar Mustafayev deyir ki, yataqxanaya sentyabr ayında mindən çox tələbə yerləşdiriləcək.

Qarabağ Universitetində daimi əsaslarla işləyən müəllimlər, o cümlədən digər əməkdaşlar da tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzil tipli yataqxanalarla təmin olunacaqlar.

Universitetin dekanı bildirir ki, universitetdə işləmək istəyən müəllimlərin sayı heç də az deyil. Artıq Azərbaycan dili, tarix, riyaziyyat, data analitikası, iqtisadiyyat, təhsil, fizika, hüquqşünaslıq, psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyası elanı da verilib.

Qeyd edək ki, Qarabağ Universitetində 6 fakültə, 25 ixtisas üzrə tədris aparılacaq. İlkin mərhələdə 1500 tələbənin qəbulu nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti