Logo

“Plastiksiz Yaşıl dünya” aksiyası keçirilib - FOTO

12.06.2024 23:35 148 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti və “Rüzgar” ekoloji İctimai Birliyinin təşkilatçılığı ilə Şahdağ Milli Parkının Buynuz Bölməsində “Plastiksiz Yaşıl dünya” maarifləndirmə tədbiri keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Tədbir “Yaşıl dünya naminə həmrəylik ili”nə və Azərbaycanda bu il keçiriləcək BMT İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının COP29 sessiyasına həsr olunmuşdur. 40-dan çox tədbir iştirakçısı əvvəlcə Şahdağ Milli parkında nadir və nəsli kəsilməkdə olan heyvan və bitki növləri və onların qorunması və artırılması fəaliyyətləri ilə tanış olublar.

Milli parka gələn turistlər tərəfindən istifadə olunmuş plastik qab tullantılarının idarə olunması, onların toplanaraq şəhər poliqonuna daşınması məsələləri ilə tanış olublar. Milli Parkın kollektivi bu işləri nümunəvi şəkildə təşkil olunmasını nümayiş etdiriblər.

Növbəti gün tədbir iştirakçılarından bir qrupu Yaponiya hökuməti tərəfindən İsmayıllının Quşəncə kəndində inşa olunmuş Bərk məişət tullantıları poliqonunda olmuş, orada tullantıların çeşidlənməsi və təkrar emalı qurğuları ilə tanış olmuşlar.

Plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri, onların azaldılması haqqında maarifləndirici təbliğat aparılıb. Bu təbliğat Azərbaycan QHT-ə Dövlət Dəstəyi Agentliyinin Layihəsi əsasında həyata keçirilib.

Xəbər lenti