Logo

“Yüksəliş” müsabiqəsinin qalibinə vəzifə verildi

12.06.2024 16:00 196 baxış
IMG

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Mirzə Ələkbər Babayev BƏƏ-də fəaliyyət göstərən "Azerbaijan Trading Corporation" (“Azərbaycan Ticarət Korporasiyası”) şirkətlər qrupunun Əməliyyatlar üzrə baş direktoru (COO) təyin olunub.

Tehsil.biz xəbər verir ki, bu təyinata qədər Mirzə Ələkbər Babayev Polşanın paytaxtı Varşavada İqtisadiyyat Nazirliyinin Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəsi Aparatında baş məsləhətçi kimi çalışıb. Mirzə Ələkbər Babayev Polşada Azərbaycan diasporu tərəfindən təşkil olunan tədbirlərdə mütəmadi olaraq iştirak edib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsində Mirzə Ələkbər Babayevin mentoru Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovdur.

Xəbər lenti