Logo

Həcc ziyarətində zəvvarları isti havanın təsirindən qorumaq üçün tədbirlər görülür

12.06.2024 14:52 181 baxış
IMG

İyunun 14-də Həcc mövsümü başlayır. Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi xəbərdarlıq edib ki, havanın temperaturunun əhəmiyyətli dərəcədə artması bu il zəvvarlar üçün əsas problemlərdən biri olacaq.

Tehsil.biz “Əl Ərəbiyə” telekanalına istinadən xəbər verir ki, nazirliyin sözçüsü Məhəmməd əl-Abdulaali yüksək temperaturun zəvvarların sağlamlığı üçün təhlükə yaratdığını bildirib.

Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi xəbərdarlıq edib ki, bu Həcc ziyarətində Məkkədə və digər müqəddəs yerlərdə orta temperatur həddinin bir yarım dərəcəyə qədər artması müşahidə olunacaq. Mərkəz isti hava dalğaları ehtimalına qarşı da zəvvarlara xəbərdarlıq edib və bildirib ki, ziyarət günlərindən Məkkədə orta yüksək temperaturun 44 dərəcə Selsiyə çatacağı gözlənilir.

Əl-Abdulaali deyib ki, zəvvarlar çətir gəzdirməli, habelə kifayət qədər su içmək, yorğunluq və istilik stresini azaltmaq üçün ayinlər arasında istirahət müddətinin olmasına diqqət yetirməli, Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməlidirlər. O, qızmar hava şəraitini nəzərə alaraq, nazirliyin zəvvarların təhlükəsizliyini təmin etmək üçün tədbirlər gördüyünü vurğulayıb.

Xəbər lenti