Logo

ADPU-nun Fizika fakültəsində növbəti onlayn elmi seminar keçirilib

16.04.2021 13:56 959 baxış
IMG

Aprelin 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində növbəti onlayn elmi seminar keçirilib.

 

Seminarda məruzəçi qismində ADPU-nun keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov “Amerika və Azərbaycan məktəblərində fizikadan məsələ həllində vektorlardan istifadənin didaktik əsasları” mövzusunda çıxış edib.  Məruzəçi Amerika və Azərbaycan məktəblərində fizika fənninin tədrisinin pedaqoji-psixoloji istiqamətlərindən, vektorların tədrisi metodlarından, vektorların toplanması və çıxılması zamanı istifadə edilən üsullardan danışıb. Dos.Q.Şərifov Amerika və Azərbaycan məktəblərində vektor anlyışının tədrisinin müqayisəli təhlili ilə bağlı apardığı araşdırmanı iştirakçılara tədqim edib.
     

Seminarda iştirak edənlərdən  professor İsa İsmayılov, dosent Şakir Xəlilov, dosent Əfqan Kərimov  və  başqaları  məruzəçiyə vektorlar anlayışının tədrisindəki mövcud problemlərlə bağlı suallar ünvanlayıb.


 Tədbirin sonunda fakültənin dekanı, dosent Arzu Daşdəmirov mövzunun aktual olduğunu qeyd edərək məruzəçiyə təşəkkürünü bildirib.

Xəbər lenti