Logo

Azərbaycan bu reytinqdə irəliləyib

12.06.2024 11:53 160 baxış
IMG

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact 2024” reytinqinin nəticələri elan edilib. 

Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən reytinqə daxil olan Azərbaycan universitetlərnin sayı ötən ilə nisbətən 2 dəfədən çox artaraq 18-ə yüksəlib.   

125 ölkədən 2 152 universitetin dəyərləndirildiyi reytinqdə Azərbaycan universitetləri arasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti əhəmiyyətli nəticələr əldə edib.

Universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələrinə əsasən, “Yoxsulluğa qarşı mübarizə” üzrə Bakı Dövlət Universiteti (201-300), “Keyfiyyətli təhsil” üzrə ADA Universiteti (201-300), “Gender bərabərliyi” üzrə Qərbi Kaspi Universiteti (201-300), “Sərfəli və təmiz enerji” üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (101-200) və Xəzər Universiteti (101-200) Azərbaycanda birinci sıradadır.

Qeyd edək ki, hazırda konqres çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 10 qabaqcıl yerli universitet Azərbaycan pavilyonunda təmsil olunur.

Xəbər lenti