Logo

Dendrologiya İnstitutu Türkiyəli elm adamları ilə seminar təşkil edib

11.06.2024 22:46 139 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu və Türkiyə Bioloqlar Dərnəyinin sədri Türkiyə Bioloji Elmlər Akademiyası İdarə Heyətinin üzvü, Toksik maddələrin Hesablanması Palatasının Platforma Koordinatoru, Orta Şərqi Texniki Universitetinin professoru mikrobioloq İhsan Soytemizlə birgə onlayn elmi seminar keçirib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Seminarı giriş sözü ilə açan ETN Dendrologiya İnstitutunun baş direktor v.i.e., biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova tədbir iştirakçılarını salamlayıb. Alim bu gün dünyanı narahat edən qlobal problemlərdən olan iqlim dəyişiklikləri və onların canlı aləmə təsirinin dünya birliyini getdikcə daha çox narahat etdiyini diqqətə çatdırıb. Ölkəmizin də qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmadığını, bunun özünü xüsusilə kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və digər sahələrdə göstərdiyini bildirib.

Daha sonra Türkiyə Bioloqlar Dərnəyinin sədri, Türkiyə Bioloji Elmlər Akademiyası İdarə Heyətinin üzvü, Orta Şərqi Texniki Universitetinin professoru mikrobioloq İhsan Soytemiz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda ətraf mühitin qorunmasına daim diqqət yetirdiyini və bu gün Prezident İlham Əliyevin Ulu Öndərin başladığı ekoloji tarazlığın qorunmasını işini davam etdirdiyini vurğulayıb. Məhz bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu tədbirlərindən hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsinin Türk dünyasını qürurlandırdığını bildirib.

Sonra institutun elmi əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş mövzularla çıxış ediblər.

Xəbər lenti