Logo

İdarəetmə Sistemləri İnstitutunda elmi seminar keçirilib - FOTO

11.06.2024 22:29 123 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) elmi seminar keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, iclasda İSİ-nin Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının kiçik elmi işçisi, institutun fəlsəfə doktoru hazırlığı proqramının “Kompüter elmləri” ixtisası üzrə doktorantı Rüstəm Əzimov “Mətnin müəllifinin identifikasiyası” adlı mövzusunda məruzə edib.

Məruzəçi Rüstəm Əzimov mətnlərin müəlliflik identifikasiyasının müxtəlif məsələ qoyuluşları və məlum həll üsullarından bəhs edib. Ardınca Azərbaycan dilindəki bədii əsərlər timsalında baxılan müəllif tanıma məsələsinə təklif olunan həll üsulları və aparılmış kompüter eksperimentlərinin nəticələri müzakirə olunub.

Məruzədə müxtəlif növə aid mətn əlamətlərinin və tanımada effektiv mətn əlamətlərinin seçilməsi üçün təklif edilən prosedurların müqayisəli tədqiqinin nəticələri qeyd olunub.

Məruzə iştirakçıların marağına səbəb olub, mövzu ətrafında müzakirələr aparılıb.

Xəbər lenti