Logo

Əli Tudənin 100 illiyi münasibətilə məlumat bazası hazırlanıb

11.06.2024 13:59 120 baxış
IMG

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası müasir Azərbaycan şeirinin yaradıcılarından biri, Əməkdar incəsənət xadimi Əli Tudənin 100 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlayıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, məlumat bazasında şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək əsərlərindən nümunələr təqdim edilib.

Həmçinin burda ədib haqqında qələmə alınan “İki imperiyanın qorxduğu şair - Əli Tudə”, “Dönməz və döyüşkən ruhlu şair”, “Əli Tudənin Bütöv Azərbaycan həsrəti” adlı məqalələrin tam mətni, şeirlərindən nümunələr, müəllifi olduğu Azərbaycan və xarici dillərdə nəşr olunan əsərlərin, məqalələrin siyahısı, görkəmli şəxsiyyətlərin ədib haqqında söylədikləri fikirlər yer alıb.

Məlumat bazasında “Mükafatlar”, “Avtoreferat və dissertasiyalar”, “Video və fotoqaleraya”, “Virtual sərgi” kimi bölmələr nümayiş olunub.

Elektron məlumat bazası ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.

Xəbər lenti