Logo

“Gənc istedadlar” liseyinin şagirdləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında 4 medal qazanıblar

11.06.2024 11:14 260 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında 4 medal qazanıblar.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, liseyin V sinif şagirdləri Həsən Süleymanov qızıl, Şahmar Əsədov gümüş, Ruqiyyə Sadiqli və Murad İmanov bürünc medala layiq görülüblər.

Xatırladaq ki, Lütfi Zadə riyaziyyat-məntiq olimpiadası V sinif şagirdləri arasında təşkil olunur. Olimpiadanın keçirilməsində məqsəd məktəblilərdə riyaziyyat və məntiqə olan marağın artırılması və istedadlı şagirdlərin erkən yaşlarda müəyyən edilməsidir.

Xəbər lenti