Logo

Şagirdlərin BMU-ya ekskursiyası təşkil edilib - FOTO

10.06.2024 23:37 235 baxış
IMG

Zirvə Liseyinin bir qrup şagirdi Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olub.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, şagirdlərə universitetin zəngin maddi-texniki bazası, tədris olunan, eyni zamanda bu il açılan yeni ixtisasları barədə zəruri informasiyalar təqdim edilib.

Sonra məktəblilər BMU-nun laboratoriyalarını gəziblər. Onlar Biologiya laboratoriyasında mikroskopda hüceyrənin əsas bölünmə üsulları: “mitoz” və “meyoz” u əks etdirən slaydları əyani şəkildə izləyiblər. Universitetin Kimya-biologiya kafedrasının müəllimi Afaq Rzayeva şagirdlərə laboratoriyanın iş prinsipi haqqında məlumat verib.

Ekskursiya şagirdləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Xəbər lenti