Logo

Çin nümayəndə heyəti Dövlət İdarəçilik Akademiyasında olub

10.06.2024 17:15 154 baxış
IMG

Çin Xalq Respublikasının Qansu Vilayətinin UNESCO Assosiasiyasının nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.

DİA-dan "Tehsil.biz"ə bildirilib ki, Assosiasiyanın prezidenti Du Yonqjun rəhbərliyi ilə keçirilən görüşdə təhsil və mədəniyyət sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə rektor Urxan Ələkbərov akademiyanın, eləcə də ölkənin əldə etdiyi uğurlar barədə məlumat verib, elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. Həmçinin dövlət qulluqçularının yenidən hazırlanması, ali təhsil müəssisələri arasında əlaqələrin qurulması, süni intellekt sahəsində əməkdaşlıq, elektron idarəçilik, tələbə mübadiləsi və s. məsələlər müzakirə edilib.

Səfər Azərbaycan UNESCO Klubları Assosiasiyasının dəvəti ilə baş tutub.

Xəbər lenti