Logo

İnşaat Kollecində korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirici görüş olub

10.06.2024 15:44 315 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022/2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində maarifləndirici görüş keçirilib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə kollecin direktoru Namiq Ağamalıyev respublikamızda şəffaflığın yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Bu işlərdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rolu xüsusi qeyd olunub.

İdarənin əməkdaşı Kamil Kamilli mövzu ilə bağlı geniş təqdimat edib. O, korrupsiya ilə mübarizə istiqamətində son dövrlər aparılan islahatlar nəticəsində xeyli irəliləyişlərin əldə olunduğunu, əhalinin bu sahədə maariflənməsi yönümündə ciddi işlərin görüldüyünü söyləyib. Qeyd edib ki, idarənin funksiyalarına korrupsiya hüquq pozmalarına dair məlumatların təhlili, Baş İdarənin reqlamentinin icrasına nəzarət, hesabatların hazırlanması, korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazasının, “Qaynar xətt” əlaqə mərkəzinin işini təşkil etmək, metodiki tövsiyələrin hazırlanması, qanunvericiliyin sistemləşdirilməsi, beynəlxalq əlaqələr, mətbuata məlumatların hazırlanması və digər məsələlər daxildir.

Qonaq təhsil müəssisələrində müvafiq istiqamətdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən də danışıb. Bildirib ki, bu işlərin zamanında yerinə yetirilməsi həmin müəssisələrin idarəçilik keyfiyyətlərindən asılıdır. O, həmçinin tədbir iştirakçılarının “rüşvəti yaradan səbəblər”, “vəzifəsindən sui-istifadə halları”, “dövlət əmlakının mənimsənilməsi”, “işə məsuliyyətsiz yanaşmalar” kimi müxtəlif səpkidə suallarını cavablandırıb.

Xəbər lenti