Logo

Azərbaycan dilində psixologiya terminlərinin linqvistik təhlilinə dair monoqrafiya nəşr olunub

10.06.2024 11:00 151 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının nəzdində fəaliyyət göstərən Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Ramil Bayramovun “Azərbaycan dilində psixologiya terminlərinin linqvistik təhlili” monoqrafiyası çapdan çıxıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Üç fəsildən ibarət monoqrafiyada Azərbaycan dilində olan psixologiya terminləri ilk dəfə sinxron və diaxron planda, nəzəri və praktik aspektdə araşdırılıb. Psixologiya terminlərinin Azərbaycan dilinin terminoloji sistemində yeri müəyyənləşdirilib, onların dildə işlənmə tarixi, semantik özəllikləri, yaranma üsulları konkret nümunələrlə əsaslandırılıb, əcnəbi psixologiya terminlərinin mənşəyi, dilə daxilolma səbəbləri, mənimsənilmə prosesi və unifikasiya məsələsi tədqiq olunub.

Monoqrafiyanın elmi-nəzəri müddəalarından terminologiya ilə bağlı aparılacaq elmi tədqiqat işlərində, terminologiyaya və psixologiyaya aid dərslik, dərs vəsaiti və monoqrafiyaların yazılması, terminoloji lüğətlərin hazırlanmasında istifadə oluna bilər. Bu tədqiqat işindən ali və orta ixtisas məktəblərinin müvafiq ixtisaslarında leksikologiya, leksikoqrafiya, terminologiya və psixologiyaya dair fənlərin tədrisi zamanı tələbə, magistrant və doktorantlar yararlana bilərlər.

Xəbər lenti