Logo

ADAU tələbələri intensiv və superintensiv meyvə bağlarında olublar - FOTO

09.06.2024 20:00 141 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatı və Bağçılıq kafedrasının birgə təşkilatçılığı ilə Universitet tələbələri Tərtər rayonunda yerləşən "Fruit Agro" MMC-nin intensiv və superintensiv meyvə bağlarında olublar.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

“Yaşıl Təhsil Hərəkatı” layihəsi çərçivəsində keçirilən ekskursiyada ADAU-nun Bağçılıq kafedrasının dosenti Hüseyn İdrisov və Ege Universitetinin əməkdaşı Deniz Eroğulun rəhbərliyi ilə tələbələrə müxtəlif cins meyvə bitkilərindən ibarət intensiv və superintensiv modern meyvə bağlarında bitkilərin əsas bio-morfoloji və təsərrüfat xüsusiyyətlərinin kompleks təsirinin praktiki izahı verilərək, sualları cavablandırılıb.

Xəbər lenti