Logo

"Hubble” kosmik teleskopu təmir edilməyəcək

09.06.2024 17:33 148 baxış
IMG

NASA və ESA-ya məxsus “Hubble” kosmik teleskopu təmir edilməyəcək.

Tehsil.biz xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.

Belə ki, 2022-ci ildə NASA və Amerikanın “SpaceX” şirkəti “Crew Dragon” kosmik gəmisindəki teleskopa mütəxəssislər göndərmək barədə razılığa gəliblər. Onlar kosmosda işlək olmayan “Hubble” giroskoplarını əvəz etməli idi.

NASA mütəxəssisləri təhlildən sonra onun qeyri-münasib olduğunu bildiriblər.

NASA-nın astrofizika bölməsinin direktoru Mark Klampinin sözlərinə görə, missiya zamanı müəyyən çətinliklər yarana bilər, xüsusən də “Crew Dragon” mühərrikləri teleskopun güzgülərini uçucu maddələrlə çirkləndirə bilər.

Xəbər lenti