Logo

Hakimliyə namizədlərin seçim prosesi davam edir

09.06.2024 16:20 136 baxış
IMG

Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davam etdirilir.

Tehsil.biz xəbər verir ki, 363 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, media təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.

Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə fərdi qaydada kompüter vasitəsilə cavablandırıblar. İmtahanın nəticələri hər bir namizədə sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib.

İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 173 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Yeni qaydalara əsasən imtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir. Eyni zamanda, Hakimlərin Seçki Komitəsi bildirir ki, növbəti müsahibə üçün hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir.

Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.

Xəbər lenti