Logo

Yaxta ilə dünya turunu başa vurdu

09.06.2024 15:19 142 baxış
IMG

Yaponiya hərbi dəniz qüvvələrinin keçmiş mənsubu Hirotsuqu Kimura 231 günə yaxta ilə dünya turunu başa vurub.

Tehsil.biz Yaponiya mediasına istinadən xəbər verir ki, 24 yaşlı Hirotsuqu Kimura səyahətinə ötən ilin oktyabrın 22-də Hyoqo prefekturasının Nişinomiya şəhərindən başlayıb.

Bu, onun yaxta ilə 2-ci dünya səyahəti cəhdi olub. 2022-ci ildəki cəhdi mexaniki nasazlıq səbəbindən yarım qalmışdı. Hirotsuqu Kimura 52 min kilometrlik səyahəti zamanı Sakit okeanının cənubundan, Çilinin cənubundakı Horn burnundan, Cənubi Afrikanın Ümid burnundan və Avstraliya sahillərindən keçərək iyunun 8-də Yaponiyanın Vakayama prefekturasına çatıb.

O, özü ilə kifayət qədər ərzaq və digər lazımi ehtiyat götürdüyü üçün səyahətini heç bir limana yan almadan və kənardan təchizat yardımı almadan başa vurub.

Xəbər lenti