Logo

"Sənsiz" tamaşası Qazaxıstanda - FOTOLAR

09.06.2024 00:04 99 baxış
IMG

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Qazaxıstanda keçirilən MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumunda ölkəmizi təmsil edir.

Tehsil.biz xəbər verir ki, beynəlxalq tədbirdə iştirak Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə həyata keçirilir.

Forumda teatrşünasların, dramaturqların, teatr rəssamlarının iştirakı ilə yanaşı, gənc rejissorların iştirakı da proqrama daxildir.

Beynəlxalq forumda iştirak edən 22 nəfərlik qrupa rəhbərliyi Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov edir.

Bu il forumda Azərbaycanı gənclərdən Cavid Zeynallı, Dağlar Yusif, Abdulla Elşadlı, Ümüd Abbaszadə, Sahib Əhmədov, Elmira Üzeyirova və Fərəh Quliyeva təmsil edir.

Forumun maarifləndirici proqramında teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, master-klasslar və sərgi təşkil olunur.

Həmçinin forum çərçivəsində Uyğur Respublikasının K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrında Azərbaycan

Dövlət Akademik Milli Dram Teatrının “Sənsiz” tamaşası nümayiş olunub.

Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır.

Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırıblar.

Xəbər lenti