Logo

Bakıdakı Rus evi iyun ayı üçün tədbirlər proqramını açıqlayıb

08.06.2024 21:52 242 baxış
IMG

Bakıdakı Rus evi iyun ayı üçün tədbirlər proqramını açıqlayıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib.

Qeyd olunub ki, iyun ayında Bakıdakı Rus evində, eləcə də Xaçmaz və Gəncədəki resurs mərkəzlərində müxtəlif səviyyədə auditoriyalar üçün nəzərdə tutulmuş çoxsaylı tədbirlər - sərgilər, kino nümayişləri, konsertlər, ədəbi gecələr, mühazirələr, “Nə? Harada? Nə vaxt?” intellektual oyunlar klubunun yarışları, maraqlar üzrə yığıncaqlar və s. keçiriləcək.

Digərləri ilə yanaşı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konsertlərini (13.06 və 27.06), “Gənc istedadlar sərgisi” layihəsini (15.06), M.Qorkinin xatirə gününə həsr olunmuş sərgi və mühazirəni (18.06), “Puşkiniana-2024” layihəsini (23.06) və Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş konserti (26.06) xüsusilə qeyd etmək lazımdır.

Tədbirlər haqqında daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdə və ya http://aze.rs.gov.ru/ru saytında əldə etmək olar.

Xəbər lenti