Logo

ADNSU-nun dosenti Avstriyanın Krems şəhərində IMC Tətbiqi Elmlər Universitetində olub - FOTO

08.06.2024 21:22 266 baxış
IMG

İyunun 3-7 tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Nigar İsmayılova Erasmus mobillik qrant layihəsi çərçivəsində Avstriyanın Krems şəhərində IMC Tətbiqi Elmlər Universitetində olub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Bildirilib ki, səfər universitetin İnformatika ixtisasının kurrikulumu, burada keçirilən fənlər, xüsusi fənlərin təlim metodologiyaları, tələbələrin formativ və summativ qiymətləndirilmələri üçün tətbiq olunan yanaşmaların öyrənilməsi, kompüter elmləri istiqamətində ADNSU ilə IMC Tətbiqi Elmlər Universitetinin əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə həyata keçirilib.

Xəbər lenti