Logo

"Sertifikatlaşdırma imtahanından öncə müəllimlər üçün təlimlər təşkil edilmir"

08.06.2024 18:50 162 baxış
IMG

"Sertifikatlaşdırma imtahanından öncə müəllimlər üçün təlimlər təşkil edilmir".

Tehsil.biz xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

Onun sözlərinə görə, sertifikatlaşdırma imtahanı peşəkarlığın yoxlanılması olduğuna görə, imtahandan öncə hansısa müdaxilənin edilməsi doğru deyil.

“Lakin Təhsil İnstitutu tərəfindən imtahandan öncə ehtiyaclar nəzərə alınaraq müəllimlərə müəyyən qədər istiqamət verilir. Eyni zamanda müəllimlər özləri də öz aralarında quruplaşmaqla təcrübələrini bölüşür, imtahana hazırlaşırlar”, - deyə o qeyd edib.

Xəbər lenti