Logo

ADU-nun əməkdaşına filologiya elmlər doktoru elmi dərəcəsi verilib

08.06.2024 14:40 147 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin qrammatikası kafedrasının dosenti f.e.d. Fəridə Allahverdiyevaya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17.11.2023 tarixli qərarı ilə 5708.01-German dilləri ixtisası üzrə filologiya elmlər doktoru elmi dərəcəsi verilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Universitet rəhbərliyinin qərarı ilə 29 may 2024-cü il tarixində ona universitet daxili professor vəzifəsi verilib.

Xəbər lenti