Logo

FHN Xaçmazda məktəblilər üçün “Açıq qapı” günü keçirib - FOTOLAR + VİDEO

08.06.2024 13:15 187 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz rayon məktəbliləri üçün “açıq qapı günü” keçirib.

Bu barədə "Tehsil.biz"ə FHN-dən bildirilib.

Mərkəzdə reallaşdırılan tədbirdə Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının qüvvə və vasitələri, həmçinin Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları və rayonda fəaliyyət göstərən məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafı, fiziki və mənəvi cəhətdən sağlam yetişməsi, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, habelə Nazirliyin müvafiq yerli qurumlarının fəaliyyəti ilə tanış edilməsi olub.

Tədbirdə çıxış edən Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov “açıq qapı günləri”nin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev uşaqların sağlam, firavan, xoşbəxt yaşaması, onların hərtərəfli inkişafı naminə daim məqsədyönlü tədbirlər həyata keçirib, bu mütərəqqi siyasət Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Daha sonra uşaqlar FHN-in yerli qurumlarının texniki imkanları ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.

​​​​FHN Xaçmazda məktəblilər üçün “açıq qapı günü” keçirib - VİDEO

FHN Xaçmazda məktəblilər üçün “açıq qapı günü” keçirib - VİDEO

Xəbər lenti