Logo

Azərbaycan tibb ictimaiyyətinə ağır itki baş verib

15.04.2021 16:22 481 baxış
IMG

Azərbaycan Tibb Universitetinin Terapevtik və pediatrik propedevtika kafedrasının professoru, Efferent Terapiya Mərkəzinin müdiri, Respublikanın baş nefloqu Mehman Məmmədrəhim oğlu Ağayev vəfat edib.

 

Mehman Ağayev 31 avqust 1946-cı ildə anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. 

 

2010-cu ildə “Əməkdar Həkimi” fəxri adına layiq görülüb. 262-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanin, 2 elmi-tədris filmin, 1 ixtiranın müəllifidir.

 

2011-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu seçilib.

 

1993-cü ildə 2 saylı kliniki xəstəxanasında ixtisaslaşdırılmış Nefroloji və 2006-cı ildə Hemodializ şöbələrini açmış və onlara rəhbərlik edir.

 

2010-cu ildən eyni zamanda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri təyin olunub.

 

ATU rəhbərliyi və kollektivi Şərif Mahalovun vəfatı ilə bağlı mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

 

Allah rəhmət eləsin.

Xəbər lenti