Logo

Çin səfirliyi BDU-nun Elmi Kitabxanasına 248 kitab hədiyyə edib

15.04.2021 14:13 510 baxış
IMG

Çin və Azərbaycan arasındakı diplomatik əlaqələrin 29-cu ildönümü və 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Çin Xalq Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Qo Min Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına 214 adda 248 nüsxə kitab hədiyyə edib.

 

Universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun vasitəçiliyi ilə təqdim edilən bu kitablar Çinin tarix, fəlsəfə, elm, siyasət, texnika, iqtisadiyyat və mədəniyyət sahələrindən bəhs edir.

 

Ölkələrarası mədəni əlaqələrin genişlənməsi və möhkəmlənməsi məqsədilə oxuculara  təqdim edilən kitablarda Qədim Şərqin zəngin mədəniyyət və tarixi, eləcə də müasir Çinin əsas inkişaf ənənələri əks olunub.

Xəbər lenti