Logo

BDU-da “İşğaldan azad olunmuş ərazilərimizin bərpasında gənclərin rolu” adlı tədbir keçirilib

15.04.2021 13:31 402 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix, Geologiya, Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərimizin bərpasında gənclərin rolu” adlı onlayn tədbir keçirilib.

 

BDU-nun Tarix fakültəsinin dekan müavini Bəxtiyar Nəbiyev tədbiri giriş sözü açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından, Vətən Müharibəsində qələbənin yeni geosiyasi, iqtisadi reallıq yaratması ilə yanaşı, mühüm tarixi proseslərin əsasını qoymasından, gənclərimizin cəmiyyətin aparıcı qüvvəsi olaraq azad olunmuş ərazilərimizin bərpasında fəal şəkildə iştirak etməsindən bəhs edib.

 

Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görüləcək tədbirlər” haqqında məruzəsində Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlərdən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın torpaqlarımızın işğal altında saxlayaraq vandalizmə məruz qoymasından danışıb.

 

Daha sonra çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun Vətən Müharibəsindəki tarixi qələbəsi ilə işğalı altında olan əzəli torpaqlarımızın azad  edilməsi, bu şanlı qələbənin tariximizdə qızıl hərflərlə yazılmış şanlı bir səhifə olduğunu diqqətə çatdırıb.

 

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Nazim Şamilov, Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova, Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev, BDU-nun Humanitar məsələlər və gəncələr siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Coğrafiya fakültəsinin 2-ci kurs tələbəsi İmran Bayramov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən Müharibəsində tarixi qələbəsi ilə Qarabağ ərazilərinin ekoloji vəziyyətinin, milli-mədəni irsimizin bərpası və inkişafının təmin olunmasında gənclərin rolundan bəhs edib, bu istiqamətdə həyata keçiriləcək bərpa işlərində və müxtəlif layihələrdə Bakı Dövlət Universitetinin tələbə gənclərinin də yaxından iştirak edəcəklərinə əminlik ifadə ediblər.

Xəbər lenti