Logo

Vyetnamda azyaşlının ölümünə səbəb olan bağça əməkdaşı həbs edilib

30.05.2024 14:39 177 baxış
IMG

Vyetnamın şimalındakı Tay Bin əyalətində beş yaşlı uşağın məktəb avtobusunda ölməsindən sonra bağçanın əməkdaşı həbs edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə “VnExpress” agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisənin əsas səbəbkarı uşaqlara avtobusda nəzarət etməli olan bağça əməkdaşıdır. O, dünən səhər saat 6:20-də beş yaşlı uşağı avtobusla bağçaya aparıb. Həmin gün əmisi onu evə aparmaq üçün gələndə oğlanı tapa bilməyib. Axtarışlardan sonra onun hələ də məktəb avtobusunda qaldığı məlum olub.

Vyetnam Xəbər Agentliyinin məlumatına görə, uşaq təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun öldüyünü bildiriblər. Oğlan avtobusda 11 saat isti günəş altında qalıb, aclıq və istidən onda tənəffüs çatışmazlığı yaranıb.

Müəllim bağçaya gələn bütün şagirdlərin fotosunu çəkərək, monitorinq və idarə olunması üçün bağçanın proqram təminatına göndərib. Lakin oğlanın gəlmədiyini bilsə də, ailəsinə xəbər verməyib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Xəbər lenti