Logo

AzMİU-da Şimali Kipr Türk Cümhuriyyətinin ali təhsil sahəsi üzrə nümayəndə heyəti ilə görüş olub

30.05.2024 11:28 161 baxış
IMG

Şimali Kipr Türk Cümhuriyyətinin Ali Təhsilin Planlaşdırılması, Nəzarət, Akkreditasiya və Koordinasiya Şurasının (YÖDAK) rəhbəri Aykut Hocanın, eləcə də ölkənin 9 nüfuzlu ali təhsil müəssisəsinin rektor və prorektorları Azərbaycanda səfərdədirlər. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) iki ölkə arasında ali təhsil və elm sahəsində əlaqələrin inkişafı, mövcud imkanların dəyərləndirilməsi məqsədilə nümayəndə heyəti ilə görüş təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə AzMİU-dan bildirilib.

Görüşdə EATDA-nın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov ölkəmizdə ali təhsilin beynəlmiləlləşməsi, türk dövlətləri arasında elm və təhsil sahəsində əməkdaşlığın vacibliyi, eləcə də “Orhun” mübadilə proqramının əhəmiyyətindən danışıb.

AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, Aykut Hocanın və digər iştirakçılar əməkdaşlıq imkanlarından düzgün faydalanmağın, həmçinin ali təhsil və elmin beynəlmilləşməsi istiqamətində səylərin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Xəbər lenti