Logo

BMU-nun əməkdaşı Müstəqillik Gününə həsr olunan tədbirdə məruzə ilə çıxış edib

29.05.2024 21:40 167 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Bilal Dədəyev Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında 28 May-Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə məruzə ilə çıxış edib.

BMU-dan "Tehsil.biz"ə bildirilib ki, mülki müdafiə qoşunlarının şəxsi heyətinin iştirak etdiyi tədbirdə BMU əməkdaşının və digər tarixçı alimlərin çıxışlarında müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının böyük tarixi hadisə olduğu bildirilib, Cümhuriyyətin fəaliyyət göstərdiyi mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdiyi vurğulanıb.

Çıxışlarda yenidən müstəqilliyinə qovuşmuş Azərbaycanın bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevridiyindən ətraflı bəhs olunub, Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri nəzərə çatdırılıb. Eyni zamanda Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğu fəxarətlə qeyd olunub.

Sonra Müstəqillik Gününün tarixi ilə bağlı sənədli film nümayiş olunub və tədbir Mülki müdafiə qoşunlarının Nümunəvi Orkestrinin ifasında konsert proqramı ilə davam etdirilib.

Xəbər lenti