Logo

Cəlilabadda təhsil müəssisəsinin rəhbəri işdən azad edilib, digərinə şiddətli töhmət verilib

29.05.2024 20:32 132 baxış
IMG

Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb və təhsil müəssisələrinin rəhbərləri vəzifələrindən azad edilib.

Tehsil.biz xəbər verir ki, monitorinqlər nəticəsində Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru işdən azad edilib, Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdirinə isə şiddətli töhmət verilib.

Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb.

Xəbər lenti