Logo

İyunun 3-dən BDU-da yaz imtahan sessiyası başlanacaq

29.05.2024 17:34 126 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının növbəti iclası keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, iclasda rektor Elçin Babayev gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

Universitetin tədris və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və Yekun Dövlət Attestasiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) keçirilməsi haqqında məlumat verib.

2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2024-cü il 24 may tarixli əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.

İclasda imtahan sessiyasının iyunun 3-dən başlayaraq 5 həftə ərzində keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün iyul ayının 3-dən 10-dək şərait yaradılması barədə qərar qəbul olunub.

Yekun dövlət imtahanları mayın 30-da, təkrar yekun dövlət imtahanlarının isə iyunun 24-də təşkil edilməsi qərara alınıb.

Xəbər lenti