Logo

DQİDK-nın nümayəndə heyəti Türkiyədə səfərdədir - FOTO

29.05.2024 13:16 195 baxış
IMG

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.

Komitədən "Tehsil.biz"ə bildirilib ki, səfərin məqsədi qardaş ölkənin müvafiq dövlət orqanları və təşkilatları ilə əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. 

Nümayəndə heyəti tərəfindən Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı və Heydər Əliyev Parkı ziyarət olunub. 

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ümummilli Liderin parkdakı abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Daha sonra onlar Anıtqəbir, Atatürk və Qurtuluş Savaşı Muzeyi ilə də tanış olublar.

Xəbər lenti