Logo

BDU daha bir beynəlxalq reytinq siyahısında irəliləyib

29.05.2024 10:39 180 baxış
IMG

RUR (Round University Ranking) Beynəlxalq Reytinq Agentliyi 2024-cü il üçün dünya universitetlərinin növbəti reytinq siyahısını açıqlayıb. Bakı Dövlət Universiteti (BDU) açıqlanan reytinq siyahısında 80 pillə irəliləyərək 1042-ci yerdən 962-yə qalxıb. Eləcə də BDU RUR reytinq siyahısında tədqiqatın keyfiyyəti parametri üzrə ölkədə birinci yerdə qərarlaşıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Qeyd olunub ki, BDU RUR reytinq siyahısına 2013-cü ildən daxil edilib. RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40 faiz), tədqiqatın keyfiyyəti (40 faiz), beynəlmilləşmə (10 faiz) və maliyyə dayanıqlılığı (10 faiz) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.

Xəbər lenti