Logo

Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başa çatır

29.05.2024 09:42 141 baxış
IMG

Ali təhsil müəssisələrinin (V ixtisas qrupu), tam (11 illik) orta və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı bu gün başa çatır.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında təqdim olunub.

Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. Buraxılış vərəqəsində qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.

Xüsusi qabiliyyət imtahanları ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.

Xəbər lenti