Logo

Bülbülün Memorial Muzeyində 28 May - Müstəqillik Günü qeyd olunub

28.05.2024 17:24 163 baxış
IMG

Bülbülün Memorial Muzeyində Qafan Rayon Gənclər Şurasının və muzeyin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Muzeydən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə direktor Fərqanə Cabbarova və Qərbi Azərbaycan Qafan Rayon Gənclər Şurasının sədri Murad Həsənxanlı müstəqillik tarixindən geniş söz açıblar. Həmçinin gənclər müstəqilliyə gedən yolda atılan addımlar və müstəqillik dövründə aparılan uğurlu siyasətlə bağlı məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda gənclər təltif olunublar.

Xəbər lenti