Logo

50 il sonra yenidən bir arada - FOTO

28.05.2024 16:09 181 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində 1974-cü ilim məzunları ilə 50 il sonra ilk dəfə görüş keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən məzun Əlvi İbrahimov Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və şanlı Azərbaycan Ordusunun qüdrəti ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində Azərbaycan dövlətinin qazandığı qələbələrə diqqət çəkib.

ADPU-nun Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova universitetin qocaman məzunları ilə fəxr etdiyini bildirib.

Sonra çıxış edən məzunlardan Zeynəb Nəbiyeva və 152 nömrəli məktəbin keçmiş direktoru Sevil Bayramova və Nərgiz Namazova təəssüratlarını bölüşüblər.

Məzunlar belə tədbirlərin davamlı olmasını arzulayıb, bu kimi təşəbbüs və imkan üçün universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Sonra məzunlar 50 il öncə dərs keçdikləri auditoriyalara yenidən daxil olaraq partalar arxasında əyləşiblər, müəllimlər onlara simvolik dərslər keçiblər.

Xəbər lenti