Logo

ADU-da COP29-la bağlı növbəti maarifləndirici dərs keçirilib

28.05.2024 15:42 171 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1 fakültəsinin nəzdində İngilis dilinin fonetikası kafedrasının baş müəllimi İntizar Kərimova tərəfindən ölkəmizdə keçiriləcək COP29-la bağlı maarifləndirici dərs keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan məlumat verilib.

106a və 106b qrup tələbələrinin iştirakı ilə keçirilən dərsdə ölkəmizdə cari ilin noyabr ayında keçiriləcək, BMT-in İqlim Dəyişikliyi Konfransının 29-cu Sessiyası - COP29 çərçivəsində görülən və görüləcək işlər haqqında məlumat verilib, videolar nümayiş etdirilib.

106b qrup tələbələri Murad Huseynli və  Aygün Səlimli videotəqdimatla etdikləri çıxışda ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, işğaldan azad olunmuş bölgələrdə yaşıllığa, təbiətə diqqət və qayğı göstərilməsini vurğulayıblar.

106a qrup tələbəsi Aytən Mehtiyeva isə COP29-un iştirakçı sayına və miqyasına görə Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacağını bildirib  və tədbirin keçiriləcəyi məkan haqqında danışıb.

Xəbər lenti