Logo

ADAU-da tədbir: “Müstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdir!” - FOTO

28.05.2024 15:20 144 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İctimai fənlər kafedrasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü və Məmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Müstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdir!” adlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Azərbaycan Xalq Cümhuriyyəti Muzeyində baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin Tədris işləri üzrə prorektoru Əhməd Məlikov və İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb tarixi şəraitdəki fəaliyyətindən, dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərindən danışıblar.

İctimai fənlər kafedrasının müəllimləri Azər Axundov və Çinarə Səfərova “Azərbaycan Xalq Cümhuriyyətinin tarixdə yeri”, “Məmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda I kurs tələbəsi Arzu Rüstəmova və II kurs tələbəsi, Vətən müharibəsi iştirakçısı Eşqin Bayramov şeir parçaları səsləndiriblər.

Xəbər lenti