Logo

Azərbaycanda müəllim güllələndi

28.05.2024 13:17 523 baxış
IMG

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Natavan Mövləddin qızı Əhmədovanın odlu silahdan açılan atəşdən qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Tehsil.biz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır", - DİN-in məlumatında qeyd olunub.

Qeyd edək ki, qardaşı tərəfindən öldürülən qadının müəllim olduğu bildirilir., Belə ki, qətlə yetirilən Natavan Əhmədova Yuxarı Tala kənd 2 saylı orta məktəbdə müəllim işləyib. 

Xəbər lenti