Logo

AzTU komandası Tam Gənc Basketbol Liqasının qalibi olub

28.05.2024 11:44 346 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında Tam Gənc Basketbol Liqasının final oyunu keçirilib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

Finalda AzTU və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) basketbol komandaları qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən final oyununda AzTU komandası 85-73 hesabı ilə Tam Gənc Basketbol Liqasının qalibi olub.

Xatırladaq ki, ötən ilin oktyabrdan start görürən liqada 11 komanda mübarizə aparıb.

Xəbər lenti