Logo

“Gələcəyin əczaçıları” adlı elmi konfrans keçirilib - FOTO

27.05.2024 23:39 245 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əczaçılıq kafedrasının təşkilatçılığı və “Buta Farm” MMC-nin dəstəyi ilə “Gələcəyin əczaçıları” adlı elmi konfrans keçirilib.

ADUA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda Universitetin Tədris işləri üzrə prorektoru Əhməd Məlikov, Elmi işlər üzrə prorektoru Azad İbrahimov, “Buta Farm” MMC-nin direktoru Emil Məmmədov, İnsan resursları şöbəsinin müdiri Kəmalə Məmmədova, İşə qəbul üzrə baş mütəxəssis Xəyalə Mustafayeva, Gəncə regional nümayəndəsi Nahid Vəliyev və Regional satış meneceri Hacıbaba Əlizadə iştirak ediblər.

Çıxış edən Əhməd Məlikov qonaqlara ADAU-nun rektoru Zəfər Qurbanovun salamını çatdıraraq bu cür konfransların universitet-sənaye əməkdaşlığının inkişafı üçün əhəmiyyətli təşəbbüs olduğunu vurğulayıb.

Daha sonra ADAU-nun “əczaçılıq” ixtisasında təhsil alan tələbələr öz elmi tədqiqatlarını təqdim ediblər.

Sonda tələbələrin çıxışları şirkət nümayəndələri tərəfindən yüksək qiymətləndirilərək, hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər lenti