Logo

“28 May – Müstəqillik Günü” ilə əlaqədar tədbir keçirilib

27.05.2024 21:21 194 baxış
IMG

Milli Kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində əlamətdar günlə bağlı eyniadlı virtual və ənənəvi kitab sərgisi də istifadəçilərə təqdim olunub.

Ənənəvi sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti, qurucuları, dövlət rəmzləri, müstəqilliyimizin bərpası, müstəqil, azad və bütöv Azərbaycan dövlətinin tarixi haqqında müxtəlif dillərdə ədəbiyyatlar nümayış edilib.

Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə yer alıb.

Qeyd edək ki, virtual sərgi ilə http://anl.az/el/vsb/Cumhuriyyet/index.html link vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti