Logo

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi beynəlxalq tədbirdə çıxış edib

27.05.2024 16:30 129 baxış
IMG

Bu günlərdə Türkiyənin Balıkesir Universitetinin təşkilatçılığı ilə Balıkesir şəhərində inzibati hüquq və inzibati yurisdiksiya üzrə beynəlxalq simpozium keçirilib. “Yeni texnologiyalar, informasiya texnologiyaları, süni intellekt” mövzusuna həsr olunan tədbirdə Türkiyənin məhkəmə sistemi və təhsil müəssisələrinin əməkdaşları, eləcə də Azərbaycan, Bosniya və Herseqovina, Qazaxıstan və Özbəkistanın nümayəndələri iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Simpoziumda Agentliyin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük məsləhətçisi Əkbər Əliyev “Süni intellekt əqli mülkiyyət hüquq münasibətlərinin yeni trendi” mövzusunda çıxış edib. O, müvafiq istiqamətdə müxtəlif dövlətlərin qanunvericiliyi və təcrübəsinin müqayisəli təhlili ilə əlaqədar nəticələri təqdim edib.

Tədbirin sonunda məruzəçilərə, o cümlədən Əkbər Əliyevə sertifikat təqdim olunub.

Xəbər lenti