Logo

Peşə məktəblərində bütün ixtisaslar üzrə iqlimlə bağlı modul əlavə ediləcək - RƏSMİ

27.05.2024 14:03 380 baxış
IMG

"Füzuli peşə liseyində alternativ enerji - həm külək, həm Günəş, həmçinin hibrid və elektrik avtomobillərin təmiri də tədris aparılacaq ixtisaslar sırasındadır".

Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, hazırda Füzuli peşə liseyində bu istiqamətdə emalatxanaları qurulması planlaşdırılır:

"Bundan sonra layihələndirilən bütün təhsil müəssisələrində bunu nəzərə alacağıq. Çünki bu ərazilər yaşıl enerji zonasıdır. Gələcəyin ixtisasları yeni yaşıl bacarıqları tələb edir. Növbəti ildən peşə təhsil müəssisələrində bütün ixtisaslar üzrə iqlim ilə bağlı modul əlavə ediləcək".

Mərcanə Əsədova

Xəbər lenti