Logo

"Ağdam, Zəngilan, Cəbrayıl və Qubadlıda layihələndirmə işləri aparılır"

27.05.2024 13:55 355 baxış
IMG

"Ağdam, Zəngilan, Cəbrayıl və Qubadlıda peşə təhsili müəssisələrinin layihələndirmə işləri aparılır".

Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə tədris ediləcək ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasına da başlanılıb:

"Eyni zamanda, azad olunmuş ərazilərə qayıdan 6000 nəfər vətəndaşın qısamüddətli və ixtisasartırma təlimlərinə cəlb olunması istiqamətində işlərə başlamışıq. Artıq 120 nəfər bu təlimlərə cəlb edilib".

Mərcanə Əsədova

Xəbər lenti